15 Avqust 2016 10:24
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməkdaşları Bakıda əməliyyat keçirib. Bu barədə Teleqraf.com-a Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, avqustun 14-də Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsinin və 3 saylı istintaq təcridxanasının əməliyyat aparatlarının Bakı Şəhəri, Suraxanı rayon Polis idarəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Suraxanı rayonunun Zığ qəsəbəsindəki qəbristanlığın ərazisində xüsusi üsul ilə gizlədilmiş 1 ədəd “AKS” tipli, 5,45 kalibrli avtomat silah aşkar edilərək götürülüb.

Fakt üzrə Bakı şəhəri Suraxanı rayon Polis idarəsində araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər