Türkiyədə hərbi çevriliş cəhdindən sonra aparılan istintaq çərçivəsində barəsində saxlanma qərarı çıxarılan Ərzurum cümhuriyyət prokuroru Ekrem Beyaztaş qanunsuz yollarla Suriyaya qaçmaq istəyərkən sərhəddə yaxalanıb.
APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, hərbi çevriliş cəhdindən sonra Hakimlər və Prokurorlar Ali Şurası tərəfindən vəzifəsindən uzaqlaşdırılan və ardından barəsində tutulma qərarı verilən E. Beyaztaşı tapmaq mümkün olmayıb.
Dünən yerli vaxtla saat 23.05 radələrində Kilisin Suriya ilə sərhəddə yerləşən Duruca kəndində növbə çəkən əsgərlər Suriyaya qaçaq yolla keçməyə çalışan bir nəfəri saxlayıblar. Saxlanılaraq Kulis Jandarma Komandanlığına gətirilən şəxsin 46 yaşlı E. Beyaztaş olduğu müəyyənləşdirilib.