İstanbul polisi Beşiktaşda silahlı hücum nəticəsində öldürülən kriminal avtoritet Rövşən Caniyevin (Lənkəranski) qətli ilə bağlı 4 nəfəri saxlayıb.
Onlardan biri – Türkiyə vətəndaşı Tahir Canın polisə verdiyi ifadə barədə Yenicag.az-a xəbər daxil olub. İfadə ilə bağlı məlumata keçmədən öncə qeyd edək ki, Azərbaycan mediasında Rövşən Lənkəranskinin gülləbaran edildiyi zaman orada olan türk vətəndaşının avtoriteti tək qoyaraq qaçdığı bildirilmişdi. Xəbəri verən mənbənin sözlərinə görə, bu yalandır. Türkiyədə önəmli iş adamlarından olan T.Canın hazırda polis nəzarətində olmasına səbəb sona qədər digər üç avtoritetlə birlikdə R.Lənkəranskini sonuna qədər qorumağa çalışması olub. Hadisə yerində tapılan sənədsiz silahlar və atışmada iştiraka görə, üç azərbaycanlı ilə birlikdə saxlanılır. İfadəsində isə Tahir Can R.Canıyevin qardaşı Namiq ilə Bakıda qonşu və dost olduğunu, Rövşən ilə də qardaşı vasitəsi ilə tanış olduğunu bildirib.
T.Can qeyd edib ki, Rövşən Lənkəranski həmin gün onun qonağı imiş və birlikdə yeməyə gediblər. O gün isə Dubaydan gələn qonaqları ilə (həbs olunan digər üç avtoritet) görüşən Rövşən Lənkəranski Tahir Canın idarə etdiyi avtomobildə (90 ND 011) ön sırada oturub, hərəkət edərkən, maşın sağ tərəfdən atəşə tutulub. Ağır yaralanan Rövşən Lənkəranskini sol (yəni sürücü) tərəfdən dartıb çıxaran və təcili yardımdan öncə taksiyə qoyaraq, xəstəxanaya da məhz göndərən Tahir Candır. T.Can isə sol tərəfdə olduğundan az xəsarət almışdır. Digər yaralı isə R.Canıyevin mühafizəçisidir və Lənkəranskinin arxasındakı qoltuqda oturduğundan güllə ona dəyib və onun hazırda ağır yaralı olduğu bildirilir. Yəni, türk mediasının şahid ifadələrinə dayanan “sürücü öldürüldü” xəbəri sırf R.Lənkəranski sürücü tərəfdən avtomobildən düşürüldüyü üçün meydana çıxıb. Sürücü Tahir Can olub avtomobil də Canıyevə deyil, onun oğlu F.Cana aiddir.
Qeyd edək ki, Tahir Can və digər üç avtoritet Lənkəranski hazırda İstanbul polisindədirlər və onlar qanunsuz silahdan istifadə etməkdə ittiham edilirlər. Onu da bildirək ki, Azərbaycan mediasında Tahir Can otellər sahibi və nəqliyyat daşımaçılığı ilə məşğul olan şəxs kimi təqdim edilib. T.Can uzun müddətdən bəri Azərbaycanda hər hansı biznes ilə məşğul olmur. (yenicag.az)