27 İyun 2014 10:10
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayonu ərazisində suda boğulma faktı qeydə alınıb.

Teleqraf.com Kanal S-ə istinadən xəbər verir ki, Balakən Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Katex kəndinə məxsus inzibati ərazidə, balıq yetişdirilməsi üçün yaradılmış süni göldə baş verib.

Gölün gözətçisi, Balakənin Mahmalar kənd sakini 46 yaşlı Qaracayev Aslan Şahavuddin oğlu ehtiyatsızlıqdan gölə düşərək boğulub.

Qaracayevin meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır.


Müəllif: