FHN dənizdə batan 3 nəfəri xilas edib.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakının Sabunçu rayonunda 3 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə dərhal cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.