Yevlax rayonu ərazisində quldurluq cinayəti baş verib.
Teleqraf.com xəbər verir ki, Tərtər rayon ərazisində 3 naməlum şəxs rayon sakini Əyyub Bəxtiyarovun idarə etdiyi “Daewoo” markalı avtomobilə sərnişin qismində oturub və Mingəçevir şəhərinə gedəcəklərini bildiriblər.
Yevlax rayonunun Aran qəsəbəsinin ərazisində həmin şəxslər Əyyub Bəxtiyarovu döyüb və avtomobili ondan alaraq hadisə yerini tərk ediblər.
Yevlax və Tərtər rayon polis şöbələri əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Tərtər rayonunun ərazisində tapılıb.
Hadisəni törətməkdə şübhəli bilinən Tərtər rayon sakinləri Mehman Məhərrəmov və Samir Hüseynov tutulub, digər 1 nəfər isə müəyyən edilib, onun həbsi üçün tədbir görülür.
Hacı Zeynalov