23 Avqust 2016 00:35
1 439
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda avqustun 18-də, Beşiktaş səmtində güllələnən azərbaycanlı kriminal avtoritet, "Rövşən Lənkəranski" kimi tanınan Rövşən Canıyevlə birlikdə iki nəfər də olub. Onlardan biri Türkiyə vətəndaşı, ilk olaraq iş adamı kimi mətbuatda təqdim olunan və R.Lənkəranskini xəstəxanaya yola salan Tahir Can olduğu məlum oldu. Lakin 3-cü şəxsin kimliyi gizli qaldı.

Teleqraf.com xəbər verir ki, criminal.az saytı Lənkəranski ilə güllələnən və hazırda yaralı olan şəxsin kimliyini araşdırıb. Mənbənin verdiyi məlumata görə, həmin şəxs Mais Axundovdur. Uzun illər Ukraynada yaşayan M.Axundov R.Lənkəranskinin qohumudur. Eyni zamanda Lənkəranskinin mühafizəçisi işləyirdi.

M.Axundov R.Lənkəranskiyə silahlı hücum zamanı avtomobildə olub və bir neçə güllə yarası alıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan M.Axundov hazırda müalicə olunur.


Müəllif:

Oxşar xəbərlər