27 İyun 2014 11:28
2 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda daha bir dəhşətli zorlama hadisəsi baş verib.

Teleqraf.com AzNews.az-a istinadən xəbər verir ki, Xırdalan şəhəri, “Quşçuluq massivi” adlanan ərazidə yaşayan 1973-cü il təvəllüdlü Fərid Səfərov (ad şərtidir-red.) 16 yaşlı qızını zorlayıb.

Məlum olub ki, 41 yaşlı kişi qızını iyunun 7-də təcavüz edib. Qız isə bu barədə anasına yalniz dünən xəbər verib.

“Səfərov”un arvadı məsələdən xəbərdar olan kimi dərhal polisi məlumatlandırıb.

Ata isə polisə verildiyini eşidən kimi qaçıb.

Abşeron Rayon Polis Şöbəsindən AzNews.az-a faktı təsdiqləyiblər: “Bu barədə qızın anasının ərizəsi var. Ərizədə bildirilib ki, qızını zorlayan şəxs həmin ərəfədə Sumqayıtda bağ evində yaşayırmış. O, iyunun 7-də Xırdalandakı evinə gəlib və bu cinayəti törədib. Həmin vaxt qızı evdə tək olub. Ərizə şöbəyə daxil olandan sonra qızına təcavüz etdiyi bildirilən şəxsin axtarışına başlanılıb. Məlum olub ki, o, həyat yoldaşının polisə müraciət etdiyini bilib və buna görə də evdən qaçıb. Hazırda onun tapılması üçün axtarış tədbirləri görülür”.


Müəllif: