Avqustun 18-də İstanbul şəhərində qətlə yetirilən kriminal avtoritet ''Rövşən Lənkəranski'' kimi tanınan Rövşən Canıyevi Azərbaycandan kənarda da yad ediblər.
Teleqraf.com xəbər verir ki, Rusiyanın Ufa şəhərində yaşayan bir qrup azərbaycanlı Lənkəranskinin ruhuna ehsan verib, ''Quran'' oxudublar.
Həmin azərbaycanlılar bildirir ki, onların R.Lənkəranski ilə heç bir əlaqəsi və bağlılıqları olmasa da, onu özlərinə ağsaqqal hesab ediblər.