24 Avqust 2016 10:16
1 853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan sabiq səhiyyə naziri Əli İnsanova qarşı yeni cinayət işi açılıb.

Bu barədə Teleqraf.com-a Əli İnsanovun vəkili Toğrul Babayev məlumat verib.

Toğrul Babayev bildirib ki, gecə saatlarında Qaradağ rayon Prokurorluğunun əməkdaşları həbsxanaya gəliblər: “Prokurorluq əməkdaşları Əli İnsanovun kamerasında axtarış aparıblar. Axtarışın nə ilə bağlı aparılması barədə bizdə dəqiq məlumat yoxdur. Həbsxananın qarşısında gözləyirik. Əli İnsanova Cinayət Məcəlləsinin hansı maddəsi ilə cinayət işi açılması barədə məlumat verilməyib”.

Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.

Əli İnsanovun cəza müddətinin başa çatmasına bir neçə ay qalıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər