Bakının Suraxanı rayonunda faciəli hadisə baş verib. Teleqraf.com xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 92 yaşlı Roza Yaqubova evinin eyvanının 2-ci mərtəbədən ehtiyatsızlıqdan yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Roza Yaqubova orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov