25 Avqust 2016 11:48
1 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Naxçıvanda baş verən qətllə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, avqustun 24-də Şərur rayonunun Qarxun kəndində rayon sakini Amar Gözəlov münaqişə zəminində həmyerlisi Eldar Məhərrəmova bıçaqla xəsarətlər yetirib və hadisə yerini tərk edib.

Eldar Məhərrəmov hadisə yerində ölüb.

Şərur rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Amar Gözəlov tutulub.

Qətlə yetirilən Eldar Məhərrəmov Şərur Mədəniyyət İdarəsinin baş mühasibi işləyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər