Bakının Nərimanov rayonunda quldurluq baş verib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Mülayim Şıxməmmədovanın evinə basqın edilib.
Həmin şəxs qadını hədələyərək 3900 ABŞ dolları və 10 manat pul, habelə 2 mobil telefon alıb. Qadın evinə basqın edilməsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci bölməsinə müraciət edib.
Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Qəbələ rayon sakini Orxan İsmayılov tutulub.
Hacı Zeynalov