25 Avqust 2016 17:50
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günün ikinci yarısında ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov, birliyin 16 əməkdaşı, həmçinin AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi davam edib.

Hakim Əlövsət Abbasov bildirib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, vəkillərin çoxu iclasda iştirak etmir. Təqsirləndirilən şəxslər və iclasda iştirak edən vəkillər isə digər vəkillər olmadan prosesin davam etməsini istəyiblər.

Hakim isə buna etiraz edib: “Əgər qanundan, hüquqdan danışırıqsa, bu məsələ də həllini tapmalıdır. Burada yetkinlik yaşına çatmayan şəxs var. Lakin vəkili iclasa gəlmir. Bu məsələ həll olunmalıdır. Mən yenidən Vəkillər Kollegiyasına məktubla müraciət edəcəyəm”.

Bundan sonra hakim məhkəmə iclasının avqustun 26-da davam edəcəyini elan edib.

13.19

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov, birliyin 16 əməkdaşı, həmçinin AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Elçin Tağıyev şahid qismində ifadə verib.

Daha sonra Abbas Hüseynov şahiddən saxlanılan zaman üzündə olan xəsarətlərin nədən yarandığını soruşub. Şahid bildirib ki, onu saxlayanda avtomat silah üzünə dəyib və xəsarət alıb.

Hakim Əlövsət Abbasov bildirib ki, vəkillərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onların çoxu iclasa gəlmir. Hakim bu səbəbdən Vəkillər Kollegiyasına məktubla müraciət edildiyini bildirib.

Proses günün ikinci yarısında davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər