22 Aprel 2014 14:46
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində ötən il baş verən oğurluq cinayətin üstü açılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Oğurluq etdiyinə görə tutulmuş Şahin Kərimovun ətrafında Baş Cinayət-Axtarış İdarəsi və Quba rayon Polis şöbəsi əməkdaşları tərəfindən araşdırma aparılıb.

Müəyyən edilib ki, Şahin Kərimov ötən il avqust ayının 8-də Sumqayıt şəhər sakini İlqar Seyidovla birgə Sima Quliyevanın evindən 300.000 manat dəyərində qızıl əşyalar və 100.000 manatını oğurlayıblar.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Seyidov tutulub.

Hacı Zeynalov


Müəllif: