Günün ikinci yarısında Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov, birliyin 16 əməkdaşı, həmçinin AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Hikmət Əliyev ifadə verib. O, Nardaranda keçirilən əməliyyat haqqında danışıb.
Məhkəmə prosesi avqustun 31-də davam edəcək.
13.27
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov, birliyin 16 əməkdaşı, həmçinin AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış edib. Vəkillər müvəkkiləri barəsində tibbi ekspertizanın təyin edilməsini istəyib.
Hakimlər vəsatəti təmin edib.
Daha sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Elçin Tağıyev ifadə verib.
Vəkil Yalçın İmanov şahiddən Nardaranda keçirilmiş əməliyyat zamanı polislərdə qumbara olub-olması ilə maraqlanıb. Elçin Tağıyev isə qumbara olmadığını deyib.
Proses günün ikinci yarısında davam edəcək.
Hacı Zeynalov