Bakının Xəzər rayonunda intihar hadisəsi baş verib.Teleqraf.com xəbər verir ki, hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 36 yaşlı Ramil Həsənov özünü həyətdəki çardaqda iplə asaraq ölüb. Ramil Həsənovun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov