Masallıda yanacaqdoldurma məntəqəsində yanğın qedə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Masallının Şərəfə kəndində vətəndaşa məxsus hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 100 m² olan "ŞƏRƏFƏ" petrol yanacaq doldurma məntəqəsinin ofis otağının döşəməsi 4 m² sahədə və bitişik talvarın yanar konstruksiyaları 12 m² sahədə yanıb.
Yanğından yanacaq doldurma məntəqəsinin qalan hissəsi mühafizə olunub. Yanğın saat 03:44-da yanğınsöndürənlər tərəfindən söndürülüb.