Bakı Apelyasiya Məhkəməsibdə şirkət rəhbəri və onun anasını qətlə yetirməkdə təqsirli bilinən Ruhin Allahverdiyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Nərimanov rayon sakinləri 1949-cu il təvəllüdlü Janna Hənifəyevna Məhərrəmova və 1982-ci il təvəllüdlü Aleksandr Gennadiyeviç Məhərrəmov yaşadıqları evdə qətlə yetiriliblər.
Meyitlərə baxış keçirilərkən onların baş nahiyələrində küt alətlə endirilmiş zərbələrə xarakterik xəsarətlər aşkar edilib. Polis və prokurorluq əməkdaşlarının təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 39 yaşlı Ruhi Allahverdiyev saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, Ruhi Allahverdiyev hadisəni törədən evdə ustalıq edirmiş. Hadisə pul üstündə baş verib.
Onu da qeyd edək ki, Aleksandr Məhərrəmov “Biznes Dialoq” konsaltinq biznes xidmətləri şirkətinin rəhbəri olub. O həm də business-dialogue.az saytının təsisçisi idi.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruhin Allahverdiyev ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ruhin Alllehverdiyev apelyasiya şikayəti verib. O, ömürlük azadlıqdan məhrum etmə cəzasını müddətli cəza ilə əvəz edilməsini istəyib.
Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında Ruhin Allahverdiyevin anket məlumatları dəqiqləşdirilib və daha sonra apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.
Məhkəmə baxışı sentyabrın 9-na təyin edilib.
Hacı Zeynalov