27 İyun 2014 15:22
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, rayon ərazisində Bakı şəhər sakini Qaraxan Həsənov bıçaqlanıb. Qaraxan Həsənov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən Bakı şəhər sakini Səməd Əliyev tutulub. O, törətdiyi cinayəti etiraf edib. Səməd Əliyev hadisənin şəxsi münasibətlər zəminində baş verdiyini deyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetitrmə) maddəsi ilə cinayət işi başlanıb.


Hacı Zeynalov


Müəllif: