29 Avqust 2016 10:31
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun İstusu kəndində qeydə alınıb.

1974-cü il təvəllüdlü İlqar Zülfüqarov yaşadığı evin həyətyanı sahəsində özünü asaraq ölüb. Onun uzun müddət ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Daha bir intihar hadisəsi Şəki rayonunda baş verib. 1998-ci il təvəllüdlü Oxut kənd sakini Samran Süleymanzadə yaşadığı evin həyətində özünü asaraq ölüb. Onun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər