27 İyun 2014 15:57
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsi, ev 17 ünvanında fəaliyyət göstərən fiziki şəxs Bağırov Elmar Eldar oğluna məxsus mağazada qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların çaşdırılması halları müəyyənləşdirilib.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, mağazanın vitrin pəncərəsində "ENDİRİM 30-40%" məzmunlu reklam yerləşdirilsə də, mağazada satışda olan malların qiymətlərinə endirim tətbiq edilmədiyi aşkar olunub. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyən edilib.

Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb.

Qanun pozuntusuna yol vermiş E.Bağırov barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.


Müəllif: