Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlu barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı məhkəmə iclasında şahidlər ifadə verib.
Məhkəmə iclası sentyabrın 6-da davam edəcək.
Elşən Mustafaoğlu Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. O, 2014-cü ildə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub.
Hacı Zeynalov