30 Avqust 2016 13:53
401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara Gömrük İdarəsinin əməkdaşları əməliyyat məlumatı əsasında Astara Sərhəd Nəzarət Məntəqəsinin əməkdaşları ilə birgə əməliyyat tədbiri keçiriblər.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı həmin şəxsin daxili orqanından narkotik vasitələr - xalis çəkisi 45,719 qram olan heroin və 5 ədəd həb şəklində olmaqla, təsiredici maddəsinin ümumi çəkisi 0,1 qram təşkil edən "Metadon" aşkar olunub.

Astara Gömrük İdarəsinin əməkdaşları digər əməliyyat məlumatı əsasında, Azərbaycan Respublikasından İran İslam Respublikasına piyada gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama apararkən həmin şəxsin gömrük nəzarətindən gizlətdiyi və ümumi çəkisi 618,880 qram olan qızıl-zinət əşyaları və 0,984 karat qiymətli daşlar aşkar ediblər.

Hər iki faktla bağlı araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər