Gəncə şəhərində intihar hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Gəncə şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə şəhərin Nizami küçəsində baş verib. 1999-cu il təvəllüdlü Zərinə Əhmədova özünü asıb. Onun asılmış meyitini ailə üzvləri aşkar edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb.
Hacı Zeynalov