Lənkəran şəhərində qadın döyülərək qarət edilib.
Teleqraf.com xəbər verir ki, bu ilin avqustun 29-da şəhər sakini Dilarə Mirzəyeva iki oğlan tərəfindən döyülüb.
Baş Dövlət Yol Polisi və Lənkəran şəhər polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Cəmil Mirzəyev və Zəfər Qurbanov tutulublar.
Cəmil Mirzəyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2012-ci il noyabrın 7-də Dilarə Mirzəyevanın evindən 2000 manat və 400 ABŞ dolları pul oğurlaması da müəyyən edilib.
Hacı Zeynalov