Hacıqabul rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Hacıqabul rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Salavat Ələkbərovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 185 kiloqram 650 qram olan 115 ədəd çətənə kolu, evindən isə 430 qram marixuana aşkar edilərək götürülüb.
Bundan başqa, Ucar rayon polis şöbəsi əməkdaşları tərəfindən Məlikballı kəndi ərazisindən yabanı halda bitmiş, ümumi çəkisi 2 ton 445 kiloqram olan 2455 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov