31 Avqust 2016 18:11
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində müdafiə nazirinin keçmiş müavini Mehman Səlimovun apelyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Mehman Səlimov və onun vəkili çıxış edib.

Vəkil bildirib ki, Mehman Səlimovun ittiham olunduğu Cinayət Məcəlləsinin 192-ci maddəsi üzrə cinayətin müddəti keçib. Vəkil həmin maddə üzrə ittihama xitam verilməsini istəyib. Həmin vəsatətə sentyabrın 14-də baxılacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı ilə Müdafiə Nazirliyinin 1 milyon 200 min manatlıq iddiası da təmin olunub. Həmin məbləğ Mehman Səlimovdan tutulacaq.

Hökmdən narazı qalan Mehman Səlimov apelyasiya şikayəti verib və nazirliyin ona qarşı qaldırdığı iddianı əsassız sayıb.

Qeyd edib ki, nazirlikdə tikinti ilə bağlı ayrılan pullardan bir manat da pul mənimsənilməyib. Mehman Səlimov həmçinin apelyasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər