Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Emin Hüseynova məxsus mağazadan 3500 ABŞ dolları oğurlanıb.
Emin Hüseynov Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinə məlumat verib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Əlişan Salamov tutulub.
Hacı Zeynalov