2 Sentyabr 2016 01:10
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Ramazan Məmmədova məxsus evdən 250 manat oğurlanıb.

Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən Bakı şəhər sakini Ülfət Bədəlov və Qobustan rayon sakini Əlövsət Baxışov tutulublar.

Ülfət Bədəlov və Əlövsət Baxışovun dost olduqları bildirilir. Onlar paytaxtda fəhləliklə məşğul olurmuşlar.

Hacı Zeynalov


Müəllif: