2 Sentyabr 2016 10:37
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam rayonunda 4 otaqlı ev yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağdam rayonu, Paşalar kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 00:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: