2 Sentyabr 2016 13:11
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rüfət Niftiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmə kollegiyasının hökmü ilə Rüfət Niftiyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, 5 il sınıq müddəti olmaqla şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Rüfət Niftiyev “OMİD” tikinti mallarının topdan satış mərkəzindən 200 min manatlıq mal götürüb və pulu ödəməyib.

İş üzrə zərərçəkmiş şəxs qismində Dursun Osmanov tanınıb.

Rüfət Niftiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər