2 Sentyabr 2016 21:34
265

Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qıraq Kəsəmən kəndində qeydə alınıb.

Kənd sakini, 1968-ci il təvəllüdlü Xəqani Məsimalıyev naməlum şəraitdə bıçaqlanıb. O, xəsarətlə Qazax Diaqnostika Mərkəzinə yerləşdirilib.

Dərhal əməliyyat edilən yaralının həyatını xilas etmək mümkün olub. Onun vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə, Xəqani Məsimalıyev mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:
loading...