Cəlilabad rayonunda cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Maşlıq kəndi ərazisində qeydə alınıb.
Rayonun Muğan kənd sakini Əliqismət Dövlətov şəxsi münasibətlər zəminində Maşlıq kənd sakini Raul Adıgözəlova şüşə butulka ilə bir neçə zərbə vurub. Raul Adıgözəlov aldığı xəsarətlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib.
Məlumata görə, Əliqismət Dövlətovla Raul Adıgözəlov arasında münaqişə mobil telefona görə yaranıb.
Belə ki, hadisədən bir neçə gün əvvəl Raul Adıgözəlov Əliqismət Dövlətova telefon satıb. Sonradan telefonun işləmədiyini görən Əliqismət həmkəndlisi ilə mübahisə edib. Bu zaman qanlı hadisə baş verib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov