Bakının Nizami rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, bir qrup naməlum şəxs Bakı şəhər sakini Nəsrəddin Qasımovu tapançaya oxşar əşya ilə hədələyərək, 175 manatını alıblar.
Quldurluqla üzləşən Nəsrəddin Qasımov Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinə müraciət edib. Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Orxan Qəhrəmanov və Elnur Səfərov tutulublar.
Onların ifadəsi əsasında cinayətin daha bir iştirakçısı müəyyən olunub. Bu, Naxçıvan şəhər sakini Rəşad Qasımovdur. Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Rəşad Qasımov da həbs edilib.
Məlum olub ki, Orxan Qəhrəmanov və Elnur Səfərov dost olublar. Daha sonra kafelərin birində Rəşad Qasımovla tanış olublar. Onlar hadisəni törədən zaman sərxoş olublar.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov