5 Sentyabr 2016 13:52
688

Daxili İşlər Nazirliyi respublikanın avtomobil yollarında baş verən ağır yol-nəqliyyat hadisələri ilə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayonunun Biləcəri qəsəbəsində Abşeron rayon sakini Ramil Şükürov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini 77 yaşlı Musa Musayevi vurub. Piyada hadisə yerində ölüb.

Sabunçunun Pirşağı qəsəbəsində də qeydə alınıb. Abşeron rayon sakinləri Samir Əhmədovun idarə etdiyi “Mercedes” və Elvin Məmmədzadənin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Elvin Məmmədzadə hadisə yerində ölüb.

Səbail rayonunun Bayıl qəsəbəsində Azər Miriyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən paytaxt sakini Məmmədəmin Mikayılovu vurub. Piyada hadisə yerində ölüb.

Suraxanı rayonunun Hövsan qəsəbəsində Bakı şəhər sakinləri Pircan Rzayev idarə etdiyi “QAZel” markalı avtomobili yolun kənarında dayanmış Əlikram Məlikova məxsus “KamAZ” markalı avtomobilə vurub.

Pircan Rzayev və oğlu Sahib, eləcə də həmyerlisi Elşad Qəhrəmanov hadisə yerində ölüb, digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Daha bir yol qəzası Şəki rayonunun Cuma kəndində qeydə alınıb. Bakı şəhər sakini Məmməd İbrahimov idarə etdiyi “Hyundai”markalı avtomobili aşırıb.

Məmməd İbrahimovun sərnişini - Bakı şəhər sakini Rəbilə İbrahimova hadisə yerində ölüb.

Balakən rayonunun Qazma kəndində yol qəzası qeydə alınıb. Rayon sakini Elxan Yunusov idarə etdiyi “VAZ-21010” markalı avtomobillə yolu keçən kənd sakini Elnur Xanlayevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Hacı Zeynalov


Müəllif: