28 İyun 2014 00:46
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə yanğın hadisəsi baş verib. Yanğın zamanı bir ailə evsiz qalıb. Ev sahibinin sözlərinə görə, evi elə onun doğma atası yandırıb.

Yanğın Şəkinin Baş Layısqı kəndinin Qumux qəsəbəsində qeydə alınıb. Kənd sakini Xəlilov Rafiq İsa oğluna məxsus ümumi sahəsi 40 kvadratmetr olan 1 otaq və 1 eyvandan ibarət kürsülü ev içərisindəki əşyalarla birlikdə yanaraq kül olub.

Hadisə yerinə Qax və Şəki rayonlarından 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın güclü olduğundan, yanğınsöndürənlər alovun qarşısını almaq üçün, xeyli vaxt sərf ediblər.

Evdə ailəsi ilə yaşayan Rafiq Xəlilovun sözlərinə görə evi elə onun atası 61 yaşlı İsa Xəlilov yandırıb. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi ehtimal olunur. Evə bitişik altıaçıq və həyatyanı sahədə olan yaşayış evi yanğından mühafizə olunub.

Fakt araşdırılır. /Kanal S/


Müəllif: