Bakının Nizami rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, sentyabrın 2-də Bakı şəhər sakini Gülpəri Məmmədovanın mənzilindən gümüş əşyalar və bijuteriya oğurlanıb.
Gülpəri Məmmədova evindən oğurluq edilməsi barədə Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə müraciət edib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinənlər - paytaxt sakinləri Ülvi Hacıyev və Samir Rəhimov tutulublar.
Hacı Zeynalov