Mingəçevir şəhərində hədə-qorxu yolu ilə pul tələb etmə cinayəti baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə sentyabrın 4-də baş verib.
Mingəçevir sakini Vüqar Soltanovu Bakı şəhər sakini İradə Paşayeva hədələyib. İradə Paşayeva Vüqarla sosial şəbəkədə tanış olub. Sonra o,Vüqarı hədələməyə başlayıb.
İradə Paşayeva Vüqarla olan münasibətini internetdə yaymaqla hədələyərək 2 min manat tələb edib. Vüqar Soltanov hədələnməsi ilə bağlı Mingəçevir şəhər polis şöbəsinə şikayət edib.
Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İradə Paşayeva tutulub.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov