8 Sentyabr 2016 11:52
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qaradağ rayon Məhkəməsində Qobustan həbsxanasında ömürlük cəza çəkən məhkumlar – Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov cəzalarının müddətli cəza ilə əvəzlənməsi üçün ərizələrinə baxılıb.

Teleqraf.com xəbər verir ki, hakim Rəşad Məmmədovun sədrliyi ilə keçən prosesdə ömürlük məhkumların vəkili Elçin Sadıqov məhkəməyə təqdim etdiyi ərizəsini müdafiə edib.

Hakim isə ərizəni əsassız sayıb və işin məhkəmə baxışına qəbul edilməsindən imtina qərarı verib.

Vəkil Elçin Sadıqov bildirib ki, həmin qərar əsassızdır və apelyasiya şikayəti verəcək.

Qeyd edək ki, Elçin Sadıqov ömürlük azadlıqdan məhrum etmə cəzası çəkən Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovun cəzalarının 20 il müddətinə həbs cəzası ilə əvəz edilməsi üçün məhkəməyə ərizə təqdim edib.

Ərizədə OMON-çu məhkumların barəsində olan ölüm hökmünün 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 23-cü maddəsinə əsasən bağışlanma ilə 20 ilədək azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməsi istənilib.

Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov 16 dekabr 1996-ci ildən cəza çəkirlər və 16 dekabr 2016-cı ildə cəzalarının 20 ili tamam olur.

Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov 1994-cü ildə həbs ediliblər. Ali Məhkəmənin hökmü ilə ölüm cəzasına məhkum olunublar. 1997-ci ildə ölkəmizdə ölüm hökmü ləğv edilib və onların cəzaları ömürlük cəza ilə əvəz olunub.

Elçin Əmiraslanov Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) Qazax bölməsinin keçmiş komandiri, Arif Kazımov və Səfa Poladov isə OMON üzvü olublar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər