Bakının Nəsimi rayonunda bıçaqlanma olub.
Teleqraf.com xəbər verir ki, hadisə 4-cü mikrorayon ərazisində qeydə alınıb.
31 yaşlı Bakı şəhər sakini Namus Əhmədov naməlum şəraitdə bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib, onun həyatını xilas etmək mümkün olub.
Küçədə bıçaq xəsarəti ilə tapılan Namus Əhmədovu kimin bıçaqladığı məlum deyil. Onun vəziyyətinin ağır olduğu üçün əməliyyatçılar tərəfindən dindirilməsi də mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov