8 Sentyabr 2016 13:55
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Saray bələdiyyəsinin sədri Vəsilə Həsənova və həyat yoldaşı Vəfadar Həsənovu qətlə yetirməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrlik etdiyi prosesdə şahid qismində Əli Məmmədov ifadə verib.

Şahid bildirib ki, Saray qəsəbəsində torpaq almaq üçün 6 min manat pul ödəyib. Daha sonra torpağın sənədini alıb və hazırda heç bir şikayəti yoxdur.

Daha sonra Namiq Həsənov, Saməddin Şabanov, Saray Bələdiyyəsinin təsərrüfat şöbəsinin müdiri Ziytadxan Məmmədov şahid qismində ifadə veriblər.

Ziyadxan Məmmədov bildirib ki, bələdiyyə sədri və təqsirləndirilən şəxslə münasibətləri yaxşı olub. Onun sözlərinə görə, hadisədən əvvəl Vəsilə xanım adına 1 hektardan çox torpaq sahəsi keçiriləcəyi ilə bağlı ona məlumat verib: “Bunun qanuni olub-olmamasını soruşdum. Vəsilə xanım işin tam qanuni olduğunu dedi və narahatlıq keçirməməyimi istədi. Bu səbəbdən razılaşdım və sənədlərə imza atdım”.

Daha sonra hakim məhkəmə istintaqının yekunlaşdığını elan edib və dövlət ittihamçısı Fərid Nağıyevə söz verilib. Dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

Məhkəmə sentyabrın 22-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər