Bakının Nəsimi rayonunda evdən oğurluq edilib. Teleqraf.com xəbər verir ki, hadisə sentyabrın 5-də baş verib.
Bakı şəhər sakini Aliyə Kərimovaya məxsus evdən 3000 manat oğurlanıb. O, baş verən oğurluq hadisəsi ilə bağlı polisə məlumat verib.
Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinənlər - Ağdam rayon sakini Jalə Hüseynova və Gürcüstan vətəndaşı Emin Əliyev tutulub.
Məlumata görə, Jalə Hüseynova ilə Emin Əliyev sevgili olub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov