9 Sentyabr 2016 09:10
1 213
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində Xaçmazda qətl törətməkdə təqsirli bilinən Radik Məmmədov və Nazim Zəkərəliyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 2014-cü ilin oktyabrın 18-də Xaçmaz rayonun Ləcət kəndinin meşə zolağında Xudat şəhər sakini, 1982-ci il təvəllüdlü Zamiq Xeyirov qətlə yetirilib.

Xaçmaz rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Qusar rayon sakinləri Radik Məmmədov və Nazim Zəkərayev tərəfindən törədildiyi müəyyən olunub. Polis əməkdaşları Nazim Zəkərayevi həbs ediblər. Hadisədən sonra Radik Məmmədov ölkə hüdudlarından kənara çıxdığı üçün onu həbs etmək mümkün olmayıb.

24 yaşlı Radik Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilib və ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub, saxlanılması üçün İnterpola müraciət edilib. Bir neçə aydan sonra Radik Məmmədov Rusiya ərazisində həbs olunaraq Azərbaycan tərəfə təhvil verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Radik Məmmədov ömürlük , Nazim Zəkərayev isə 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Nazim Zəkərayev apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib. Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, Nazim Zəkərayevin şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif: