28 İyun 2014 12:02
1 439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonu ərazisində ölümlə nəticələnən cinayət baş verib.

Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, istirahət parkında 1967-ci il təvəllüdlü Şəhriyar Qiyas oğlu Əhədov aralarında yaranan münaqişə zəminində tanışı, 1964-cü il təvəllüdlü Namiq Ağa oğlu Ağayevi bıçaqlayıb.

Hadisə nəticəsində N.Ağayev ölüb. Qətli törədən Şəhriyar Əhədov hadisə yerindən qaçıb.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Əhədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Müəllif: