9 Sentyabr 2016 18:48
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun İrmaclı kənd sakini, 1999-cu il təvəllüdlü Tapdıq Əbilzadə naməlum şəraitdə bıçaqlanıb.

O, Şəmkir rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ttibbi yardım nəticəsində Tapdıq Əbilzadənin həyatını xilas etmək mümkün olub.

Vəziyyəti ağır olduğu üçün əməliyyatçılar onu dindirə bilməyiblər. Tapdıq Əbilzadəni kimin və hansı səbəbdən bıçaqladığı məlum deyil.

Hacı Zeynalov


Müəllif: