28 İyun 2014 12:32
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev beynəlxalq hava limaninda bədbəxt hadisə baş verib.

ANS TV-nin məlumatına görə, bu gün saat 04 radələrində Moskvaya uçmaq istəyən sərnişinlərdən birinin səhhəti qəfil pisləşib. Ona ilkin tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayib.

Sərnişin dünyasını dəyişib. Onun Quba rayon sakini 48 yaşli Elman Mixailov olduğu məlum olub. Faktı nəqliyyatda Baş Polis İdarəsinin hava nəqliyyatında polis idarəsi də təsdiqləyib.

Məlumata görə, Elman Mixailov ürək çatışmazlığından dünyasini dəyişib. O, bu gün səhər Bakı-Moskva reysi ilə Rusiyaya gedirmiş.


Müəllif: