Şabran rayonunda ilan sancması hadisəsi qeydə alınıb.
"Report" xəbər verir ki, hadisə Əmirxanlı kəndində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Məmmədova Gülmirə Həsənbəy qızını ilan sancıb.
Yaralı təcili tibbi yardım maşını vasitəsilə Şabran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda xəstəyə reanimasion tibbi yardım göstərilir.