Gəncədə 12 yaşlı qızını yandıran ana qaçıb.
Evdən pul götürdüyü üçün qızı Quliyeva Vüsalənin üzərinə benzin tökərək yandıran 1975-ci il təvəllüdlü Bülbül Qasımova 3 ildir ki, ikinci qrup əlil kimi təqaüd alır, ruhi xəstəlikdən əziyyət çəkir. V. Quliyeva ailənin yeganə övladı olub. Atası Füzuli Quliyev işləmək üçün Rusiyaya gedib.
Hazırda hüquq-mühafizə orqanları övladını yandıran B. Qasımovanı axtarır. (APA)
***
Gəncə şəhərində dəhşətli qətl hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, 12 yaşlı qız anası tərəfindən diri-diri yandırılaraq qətlə yetirilib. İlkin məlumata görə, qızın adı Vüsalə Quliyevadır. Hadisənin qızın evdən xəbərsiz pul götürməsi üstündə baş verdiyi, cinayəti törədən qadının isə ruhi xəstə olduğu bildirilir. (Report)