Bu gün Salyan rayon sakini, 1993-cü il təvəllüdlü Davudov Ağaverdi Sakit oğlunu qətlə yetirən Salyan rayon sakini 1996-cı il təvəllüdlü Qurbanov Ağaqulu Qubad oğlu saxlanılıb.
Qətlin motivi araşdırılır. Qeyd edək ki, bu gün saat 12.30 radələrində Salyan şəhərində üzərində bıçaq yarası olan gənc aşkar edilib. Onun Salyan rayon sakini, 1993-cü il təvəllüdlü Davudov Ağaverdi Sakit oğlu olduğu müəyyən edilib. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılsa da, yolda keçinib.
***
Bu gün saat 12:30 radələrində Salyan şəhərində qətl hadisəsi törədilib. Publika.az xəbər verir ki, qətlə yetirilən şəxs 23 yaşlı Davudov Ağaverdi Sakit oğludur. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılsa da, yolda keçinib. Hadisəni törədən şəxs qaçıb.
Onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.